Modenis MMC / eManat
Vəzifə adı: Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Şirkətin biznes applikasiyalarının dəstək üzrə proseslərini (insidentlər, dəyişikliklər, sorğular) və digər müraciətləri icra etmək
• Biznes applikasiyalarında baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
• Biznes applikasiyalarının administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
• Biznes applikasiyalarının idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
• Biznes applikasiyalarının dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
• Öhdəsində olan sistemlərin idarəedilməsi üzrə prosedur və qaydaları tərtib etmək
• Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq
• Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək.
• Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
Namizədə qoyulan tələblər:
• İş təcrübəsi: Biznes tədbiqlərinə dəstək sahəsi üzrə minimum 3 il iş təcrübəsi
• Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı)
• Kompüter bilikləri: MS Office, Jira/Confluence, SQL-scripting, Groovy-də scriptlərin inkişafı, Jira – Plaginlərin quraşdırılması və konfiqurasiyası, Linux əsasları, MS Server əsasları, MS SQL Server əsasları
• Komanda şəklində işləmə bacarığı
• Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
• Analitik təhlil bacarığı
• Müvafiq sahə üzrə sertifikatları olması arzu olunandır (MS, Linux, ITIL4 Foundation)
İş şəraiti:
• Ofis daxili;
• Əmək haqqı 1500-2000 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis” yazılmalıdır.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, İT |