15 C
Baku
Sunday, November 24, 2024

Biznes proseslərin idarəedilməsi şöbəsi kiçik mütəxəssisi – PAŞA Sığorta

0
18.06.2019

Struktur bölmə : Biznes proseslərin idarəedilməsi şöbəsi 
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  23 iyun 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Biznes qurumlardan alınmış tələblərin analitik təhlili (tələbin sistemləşdirilməsi, strukturlaşdırılması, optimal həllin tapılması) və texniki tapşırığın hazırlanması;
2. Texniki tapşırığın kiçik tapşırıqlara bölünməsi və müvafiq İT icraçılara təhkim edilməsi;
3. Tələbin icrasının planlaşdırılması və prioritetlərin müəyyən olunması;
4. Tələbin təhvil təslimində prosesində iştirak;
5. Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsində iştirak etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : İnformasiya texnologiyaları sahəsində(proqramlaşdırma) analitik kimi bir ilədək iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası : Maliyyə, Iqtisadiyyat, Riyaziyyat və ya İT ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri : Azərbaycan dili – yüksək, ingilis dili – yaxşı səviyyədə bilməlidir.
Kompüter bilikləri : Kompüter proqramları və Microsoft Office (Word, PowerPoint, MS Project, Excel, Visio) proqramları ilə sərbəst işləmək bacarığı.
Üstünlüklər: Rus dilinin bilməsi, İT sahəsi üzrə sertifikasiya və ya dərəcələrin olması, maliyyə sahəsi üzrə biznes proseslərinin idarəedilməsi üzrə iş təcrübəsi, ERP proqramlarından istifadə sahəsində təcrübə üstünlükdür.

Fərdi keyfiyyət tələbləri :

Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, geniş perspektiv, dinamikanı anlama.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Biznes proseslərin idarəedilməsi şöbəsi kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşin aid olduğu sahə

KateqoriyaSığorta