“PAŞA Sığorta” ASC namizədləri “Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi / Baş mütəxəssisi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
• Şirkətin müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsinə dəstək vermək;
• Şirkət daxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;
• Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
• PAŞA Sığortada strateji layihələrin icra statuslarına və departamentlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək;
• Şirkətin bütün satış kanallarında vaxtaşırı xronometrajlar keçirmək;
• Hazırlanmış yeni biznes proseslərin Şirkətin müvafiq texniki mühitində test edilməsinə nəzarət etmək;
• Yeni funksional üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib etmək;
• İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını şöbə müdirinə təqdim etmək;
• Proseslər üzrə struktur bölmələrdən daxil olan müraciətləri cavablandırmaq;
• Müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlamaq və onların tətbiq edilməsi üçün müvafiq tədbirləri icra etmək;
• Birbaşa müdirin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.
Biliklər
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
• Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər.
• Şirkətin əməliyyat sistemində aparılan əməliyyatların təhlil etmə bacarığı;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək və işdə rəhbər tutmaq;
• Kompyuter bilikləri: Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
Təcrübə
• Biznes proseslər və ya sığorta sahəsində minimum 1-3 il iş təcrübəsi;
Bacarıqlar
• Güclü kommunikasıya bacarığı.
• Analitik düşüncə.
• İş prosesində yaranan problemləri çevik həll etmək bacarığı.
Son müraciət tarixi: 17 Mart 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |