“PAŞA Sığorta” ASC namizədləri “Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin Mütəxəssisi/ Baş mütəxəssisi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
• PAŞA Sığortada strateji layihələrin icra statuslarına və departamenlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək;
• Şirkət daxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;
• Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
• Şirkətin müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsinə dəstək vermək;
• Şirkətin bütün satış kanallarında vaxtaşırı xronometrajları keçirmək;
• Hazırlanmış yeni biznes proseslərin Şirkətin müvafiq texniki mühitində test edilməsinə nəzarət etmək;
• Yeni funksional üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib etmək;
• İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını şöbə müdirinə təqdim etmək;
• Proseslər üzrə struktur bölmələrdən daxil olan müraciətləri cavablandırmaq;
• Müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlamaq və onların tətbiq edilməsi üçün müvafiq tədbirləri icra etmək;
• Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək.
Bilik və bacarıqlar:
BİLİKLƏR
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
• Kompyuter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
• Şirkətin əməliyyat sistemində aparılan əməliyyatların təhlil etmə bacarığı;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır;
TƏCRÜBƏ
• Biznes proseslər sahəsində minimum 1-3 il iş təcrübəsi;
BACARIQLAR
• Güclü kommunikasıya bacarığı.
• Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər.
Son müraciət tarixi: 30 oktyabr, 2019-cu il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |