11 C
Baku
Monday, November 25, 2024

Biznes proseslərin təkmilləşdirilməsi üzrə Baş mütəxəssis – Rabitabank OJSC

0
Biznes proseslərin təkmilləşdirilməsi üzrə Baş mütəxəssis – Rabitabank OJSC
01.11.2019

“Rabitəbank” ASC Biznes Proseslərin İnkişafı Departamentinin Biznes proseslərin təkmilləşdirilməsi üzrə Baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

• Mövcud biznes proseslərin təhlili, təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
• Biznes proseslərin xəritəsinin hazırlanması (blok-sxeminin hazırlanması);
• Yeni proseslərin / məhsulların yaradılmasında metodoloji dəstək göstərilməsi;
• Bankın bütün fəaliyyət istiqamətlərində biznes-proseslərin sənədləşdirilməsi, normativ sənədlərin hazırlanması;
• Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes proseslər üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;
• Biznes proseslərin dəyişdirilməsi üzrə ehtiyacların müəyyən edilməsi məqsədi ilə struktur bölmələrlə komunikasiya qurulması;
• İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.

Namizədə olan tələblər:

• Ali təhsil;
• Yüksək ünsiyyətqurma və əməkdaşlıq qabiliyyəti;
• Texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
• Müştəri xidmətləri, kredit, plastik kartlar və əmanət məhsulları barədə biliklər;
• Bank qanunvericiliyini yaxşı səviyyədə bilmək;
• Bank əməliyyat sisteminin qurulması zamanı layihədə iştirak təcrübəsi arzuolunandır;
• Sahə üzrə ən azı 3 illik iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes Proseslər” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi