Bakı
09.06.2023
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- Agentliyin əməkdaşlarının daxili və xarici ezamiyyələri zamanı Agentliyin əməkdaşlıq etdiyi müəssisələr ilə birbaşa işləyərək aviabiletlərin bron edilməsi, alınması üçün sifarişlərin verilməsi və aidiyyəti işlərin görülməsi;
- Səfərlərin rəsmiləşdirilməsi üçün əsaslandırıcı sənədlərin toplanması;
- Viza tələbi olan ölkələrə ezamiyyələr zamanı Agentliyin əməkdaşları üçün vizanın alınması ilə bağlı proseslərdə dəstəyin göstərilməsi;
- Ezam səfərləri zamanı əməkdaşların mehmanxanada yerləşdirilməsi üçün uyğun təkliflərin hazırlanıb təqdim edilməsi və bu prosesin koordinasiya edilməsi;
- Ezam səfərləri zamanı əməkdaşlara zəruri dəstəyin göstərilməsi;
- Aidiyyəti üzrə daxil olmuş məktubların ESD üzərindən cavablandırılması;
- Tabe olduğu Təlim, inkişaf və qiymətləndirmə şöbəsinin cari fəaliyyətində aşağıdakı istiqamətlərdə dəstəyin göstərilməsi: onlayn və oflayn təlimlərlə bağlı sorğuların və təhlillərin həyata keçirilməsi,
- Agentlik əməkdaşlarının təlim və inkişafı ilə əlaqədar müxtəlif məzmunlu tədbirlərdə iştirakının koordinasiya edilməsi;
- Təlim, inkişaf fəaliyyətləri ilə bağlı keçirilmiş tədbir və fəaliyyətlərin uçotunun aparılması;
- Ehtiyac yarandıqda departamentin fəaliyyət istiqaməti ilə bağlı layihələrdə aktiv iştirak etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (turizm istiqamətində olması üstünlükdür);
- Müəssisələrdə səyahətlərin, səfərlərin təşkili üzrə minimum 1 il iş təcrübəsi (insan resursları sahəsində iş təcrübəsi üstünlükdür);
- Səyahətlərin tənzimlənməsi üzrə tələb olunan prosedurlar barədə ətraflı bilik və bacarıqlar;
- Səfərlərin təşkili üçün müxtəlif mənbələrdən (trivago, airbnb, booking.com və s.) axtarışların aparılması və səfərlərin qrafikləşdirilməsi üzrə texniki bacarıqlar;
- Yüksək səviyyədə kommunikasiya və müştəri xidməti bacarıqları;
- Yüksək səviyyədə təşkilatçılıq, detallara diqqət və analiz etmə bacarıqları;
- Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə, Excel);
- Azərbaycan və rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dilində yaxşı səviyyədə yazılı ünsiyyət bacarığı;
- Xarici ölkələrə səfər təcrübəsinin olması üstünlükdür.
Əlavə məlumatlar:
- İş yeri: Lev Tolstoy 170;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi 25.06.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |