“AtaSığorta” ASC-nin Biznesin İnkişafı Bloku üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis və şöbə müdiri vəzifələri üzrə vakansiya elan edilir:
Namizədə dair tələblər
– Ali iqtisadi təhsil;
– Minimum 2 il korporativ satış sahəsində iş təcrübəsi;
– Əla səviyyədə Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi arzuolunandır).
– Yüksək ünsiyyətqurma və təqdimat bacarıqları;
– Analitik düşünmə və iqtisadi təhlil qabiliyyəti;
– Dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək bacarığı;
– Aktiv satış üzrə uğurlu təcrübə;
– Müştərilərin qərarverici şəxsləri ilə uğurla danışıqların aparılması;
– Korporativ sığorta növləri üzrə biliklərin olması;
– Sığorta üzrə satınalmalar ilə iş təcrübəsi;
– Ünsiyyətcil olmalı;
– Səlis danışıq tərzinə malik olmalı və danışıqlar aparmaq bacarığı olmalı;
– Təqdim etmə və inandırma bacarıqları olmalı;
– Fikirlərini şifahi (əsasən) və yazılı şəkildə səlis ifadə etmə və çatdırma bacarığı olmalı;
– Səbirli və dinləmə bacarığı olmalı;
– Öyrənmək və özünü inkişaf etdirmək qabiliyyəti olmalı;
– Digərlərinə empatik və hörmətlə yanaşma tərzi olmalı;
İş barədə məlumat
– Satış planının həyata keçirilməsi
– Komandanın idarə edilməsi: planlaşdırma, məqsədlərin qoyulması, işçilərə nəzarət
– Potensial müştərilər bazarının təhlili
– Yeni müştərilərin tapılması və cəlb edilməsi
– Sığorta məhsullarının təqdimatının / nümayişinin / təbliğinin (fərdi, sərgilərdə, təbliğat kompaniyaları və s.) aparılması
Uyğun namizədlərdən CV-lərini [email protected] elektron ünvanına “mövzu” hissəsində – vakansiyanın adını qeyd edərək göndərmələrini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |