Bakı
     
21.06.2024
    Namizədə tələblər:
- Ali təhsil
 - Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
 - Kollektivlə ünsiyyət qurma bacarığı
 - Stresə davamlı
 - Səliqəli və ciddi xarici görünüş
 - Azərbaycan, ingilis və rus dillərini bilməli.
 
İş barədə məlumat:
- Şirkətin inkişaf planlarının yaradılması və satış hədəflərinin proqnozlaşdırılması;
 - Həm gəlir, həm də müştəri məmnuniyyətinə yönəlmiş böyümə strategiyasının hazırlanması;
 - Yeni bazarlar, inkişaf sahələri, tendensiyalar, müştərilər, tərəfdaşlıqlar, məhsullar və xidmətlər daxil olmaqla, yeni biznes imkanlarını və ya mövcud bazarlara çatmağın yeni yollarının araşdırılması və müəyyənləşdirilməsi;
 - Mövcud kampaniyaların nəticələrinin təhlili və effektivliyinin artırılması üçün təkliflərin verilməsi;
 - Mövcud və potensial müştərilərlə görüşlər və yeni əməkdaşlıq imkanlarının təklif olunması;
 - Satış və marketinq strategiyalarının inkişafı üçün marketinq və satış komandaları ilə sıx əməkdaşlıq;
 - Araşdırma nəticələrinin vizuallaşdırılması və iclaslarda iştirak;
 - Ümumi fəaliyyətlə bağlı aylıq və rüblük hesabatların hazırlanması;
 
Əlavə məlumatlar:
- Əmək haqqı: Ştat cədvəlinə uyğun
 - İş qrafiki: 5 gün, 09:00 – 18:00
 - AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
 - Korporativ nömrə və danışıq balansı
 
Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Biznesin inkişafı şöbəsinin müdiri” sözlərini qeyd edərək elektron ünvanına göndərsinlər. [email protected]
İşin aid olduğu sahə
| Kateqoriya | Digər şirkətlər | 



