17 C
Baku
Friday, October 18, 2024

Biznesin İnkişafı Strukturunun baş mütəxəssisi – AFB Bank

0
Biznesin İnkişafı Strukturunun baş mütəxəssisi – AFB Bank
07.01.2020

AFB Bank Biznesin İnkişafı Strukturunun baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Baş Mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi təhsil;
• Minimum 2 il pərakəndə biznes sahəsində iş təcrübəsi;
• Əla səviyyədə Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi arzuolunandır).
• Yüksək ünsiyyətqurma və təqdimat bacarıqları;
• Analitik düşünmə və iqtisadi təhlil qabiliyyəti;
• Dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək bacarığı;

İŞİN TƏSVİRİ:

• Mövcud pərakəndə bank məhsullarının inkişafını təmin etmək;
• Yeni məhsul və xidmətlərin yaradılması barədə təkliflərin hazırlanması;
• Bank xidmətləri bazarının təhlili, pərakəndə biznes üzrə bank məhsullarının müqayisəli təhlilinin aparılması və müştərilərin ehtiyacları nəzərə alınmaqla, ayrı-ayrı istehlak müştəri seqmentləri üçün paket məhsulların hazırlanması;
• Peşə bayramları, rəsmi bayramlar və digər xüsusi günlər münasibətilə məhsullar üzrə güzəştli kampaniyalar təklif etmək, kampaniyanın keçirilməsinə nəzarət etmək;
• Pərakəndə bank məhsullarının satışının artırılması strategiyasının hazırlanmasına dəstək vermək;
• Məhsul şərtlərinin bank əməkdaşlarına çatdırılmasında iştirak etmək, yeniliklər və dəyişikliklər barədə treyninq keçirmək;
• Birbaşa rəhbərinin məhsul və xidmətlərin inkişafı üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznesin inkişafı strukturunun baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi