Bakı
01.10.2025
Vakansiyanın təsviri
- Departamentin fəaliyyətini təşkil etmək və ümumi rəhbərliyi həyata keçirmək;
- İşçilərin fəaliyyətini qiymətləndirmək, təlim ehtiyaclarını müəyyənləşdirmək və inkişafına dəstək olmaq;
- Departamentin kadr təminatında iştirak etmək və iş mühitinin optimallaşdırılmasını təmin etmək;
- Satış strukturları üzrə hədəflər təyin etmək, icra vəziyyətini qiymətləndirmək və proqnoz göstəricilərinin icrasına nəzarət etmək;
- Sığorta bazarını təhlil etmək, tələbatları müəyyənləşdirmək;
- Satış büdcəsinin icrasını təmin etmək;
- Satış mütəxəssislərinə dəstək vermək və istiqamət göstərmək;
- Nümayəndəliklərin açılması və bağlanması ilə bağlı təkliflər hazırlamaq;
- Könüllü sığortaların inkişafı üçün təkliflər təqdim etmək;
- Satış nəticəsində yaranan aylıq borclara nəzarət etmək;
- Cəmiyyəti müxtəlif işgüzar tədbirlərdə təmsil etmək;
- Dövri hesabatlar hazırlamaq və təhlil etmək.
Xüsusi tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi sahəsində olması üstünlükdür);
- Sığorta sahəsində ən azı 5 il iş təcrübəsi (satış və rəhbərlik təcrübəsi əlavə üstünlükdür);
- Komanda idarəetmə, motivasiya və performans qiymətləndirmə bacarıqları;
- Güclü analitik düşüncə, bazar trendlərini izləmə və təhlil etmə qabiliyyəti;
- Satış strategiyalarının hazırlanması və həyata keçirilməsində praktiki təcrübə;
- Əla ünsiyyət və təqdimat bacarıqları, müştəri yönümlü yanaşma;
- Microsoft Office proqramlarında (Excel, Word, Outlook, PowerPoint) peşəkar səviyyədə işləmə bacarığı;
- Rus və türk dillərində danışıq bacarığı (ingilis dili biliyi üstünlük sayılır);
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |