11 C
Baku
Thursday, November 14, 2024

Biznesin inkişafı üzrə mütəxəssis – Azərbaycan Dəmir Yolları

0
Biznesin inkişafı üzrə mütəxəssis – Azərbaycan Dəmir Yolları
Bakı
29.04.2024

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Fəaliyyət istiqamətləri üzrə araşdırmalar aparmaq;
  • Hədəf qruplar üçün yeni və yaradıcı satış və marketinq təklifləri hazırlamaq;
  • Satış həcminin artırılması məqsədilə layihələr üzrə görülməsi nəzərdə tutulan işləri icra etmək;
  • Marketinq komandası ilə yaxın işbirliyi içində çalışaraq gəlir artımı hədəflərinə çatmaq;
  • Müştəri ehtiyaclarını anlamaq və müştəri məmnuniyyətini artırmağa yönəlik həllər təklif etmək;
  • Yeni potensial əməkdaşlıqlar üçün imkanlar tapmaq və təkliflər irəli sürmək;
  • Biznes strategiyasının inkişafında və icrasında iştirak etmək;
  • Müəyyən edilmiş xidmət standartlarına uyğun gərəkli sənədləşməni aparmaq;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətləri və sorğulara qanunverciliyə uyğun olaraq cavablandırmaq.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahə üzrə ən azı 2  il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (sərbəst);
  • Biznesin idarə olunması və təşkilinə dair biliklərə sahib olmalı;
  • Rəqəmsal informasiya sistemlərindən istifadə qaydalarını yaxşı bilməli.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 02.05.2024-cü il tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları