3 C
Baku
Monday, January 13, 2025

Böyük hüquq məsləhətçisi – Azərbaycan Respublikasının Mərkəzi Bankı

0
Böyük hüquq məsləhətçisi – Azərbaycan Respublikasının Mərkəzi Bankı
Bakı
26.12.2024

Struktur bölmənin adı

  • Maliyyə bazarlarının hüquqi təminatı departamenti\ Sığorta bazarlarının hüquqi təminatı şöbəsi

Son müraciət tarixi: 

  • 08.01.2025

Vəzifənin funksiyaları:

  • Maliyyə bazarları üzrə  qanunvericiliyin təkmilləşdirilməsində  və müvafiq hüquqi aktların hazırlanmasında iştirak edir;
  • Qanunvericilik, o cümlədən maliyyə bazarları qanunvericiliyi üzrə yenilikləri daimi əsasda izləyir və təhlil edir;
  • Maliyyə bazarlarının müvafiq sahəsi üzrə beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil edir;
  • Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrini təhlil edir;
  • Aparılan təhlil nəticələri ilə bağlı zəruri arayışlar, təqdimatlar, rəy və təkliflər hazırlayır;
  • Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür;
  • Təsir (təshih), təqdimat, sanksiya tədbirlərinin və digər icrası məcburi göstərişlərin tətbiqinə hüquqi dəstək göstərir;

Texniki kompetensiyalar

  • Təqdimat və yazı bacarıqları
  • Mülki hüquq, sığorta qanunvericiliyi, maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər
  • Hüquqi araşdırma bacarığı
  • Texnologiyalarla bağlı biliklər
  • Hüquqi əsaslandırma bacarığı

Təcrübə

  • Hüquqşünaslıq ixtisası üzrə ən azı 5 il iş təcrübəsi (azı 3 ili maliyyə bazarları sahələrində)

Təhsil

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi arzuolunandır)

Davranış kompetensiyaları

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
  • Təşkil etmə və nəzarət
  • Ünsiyyətqurma və komandada işləmə
  • Vaxtın idarə edilməsi

Dil bacarığı

  • Səlis azərbaycan dili, yaxşı səviyyədə ingilis dili bacarığı (rus dili arzuolunandır)

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə)

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaHüquq