Vakansiyanın təsviri
- Məhkəmə qərarlarının icrasının təmin edilməsi.
- Məhkəmə prosesində 3-cü şəxs qismində iştirak edilməsi
- Apellyasiya və Kassasiya instasiyası məhkəmələrində iştirak edilməsi.
- Məhkəmə proseslərində iddiaçı qismində iştirak edilməsi.
- Struktur bölmələrdən daxil olmuş xidməti yazı və təqdimatların araşdırılması və müvafiq hüquqi tədbirlərin görülməsi.
- Vətəndaşların ərizə və şikayətlərinin cavablandırılması.
- Dövlət və qeyri dövlət orqanları, həmçinin digər şirkətlər ilə yazışmaların aparılması.
- Məhkəmə proseslərində cavabdeh qismində iştirak edilməsi.
- Müqavilələrin hazırlanması, razılaşdırılması və təsdiq üçün qarşı tərəfə göndərilməsi.
- Digər fəaliyyətlər.
Xüsusi tələblər
• Mülki və publik hüquq sahəsində dərin biliklər;
• Korporativ hüquq, müqavilə hüququ institutları sahəsində mükəmməl nəzəri və praktiki biliklər (müqavilə layihələrində hüquqi risklərin müəyyən edilməsi və qarşısının alınması, eləcə də bağlanılacaq müqavilələrdə maraqların daha optimal formada təmin edilməsi ilə əlaqədar verilmiş təkliflərin təhlil edilməsi, müqavilələrin ekspertizasının həyata keçirilməsi);
• Azərbaycan dilində sərbəst və səlis yazmaq və danışmaq bacarığı;
• Əmək, maliyyə, inzibati hüquqlarını;
• Vergi məcəlləsini;
• Təsərrüfat müqavilələrinin, kollektiv müqavilələrin bağlanması və tərtib edilməsi qaydalarını;
• Əməyin mühafizəsi norma və qaydalarını;
• İngilis dilini
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |