Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Strateji inkişaf departamentinin Layihələrin idarəolunması şöbəsinə Aparıcı / Böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri:
Baki şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi
Əmək haqqı:
Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil – tibbi, idarəetmə və iqtisadiyyat
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Rus və İngilis dili (arzuolunandır)
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
- Tələb olunan sertifikatlar – PMP sertifikatı (arzuolunandır)
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Layihələrin idarə olunması üzrə beynəlxalq standartları bilmə və tətbiq etmə
- Məsuliyyətlilik
- Təşəbbüskarlıq
- Nizam – intizamlılıq
- Analitik düşüncə
- Nəticəyönümlülük
- Təşkilatçılıq bacarıqları
İşin təsviri:
- Layihənin müvafiq qaydalara, standartlara və təlimatlara uyğunluğunu yoxlamaq;
- Layihələrin icrası zamanı yaranan problemləri və gecikmələrin səbəblərini müəyyən etmək, həll yolları ilə bağlı təkliflər vermək;
- Cədvəllər, mərhələlər və resurs bölgüsü daxil olmaqla ətraflı layihə planı hazırlamaq;
- Potensial layihə risklərini müəyyən etmək və risklərin azaldılması üçün strategiyalar hazırlamaq;
- Problemləri həll etmək və layihənin pozulmasını minimuma endirmək üçün qabaqlayıcı tədbirlər həyata keçirmək;
- Layihələrdə resursların istifadəsinə nəzarət etmək və lazım olduqda tənzimləmək;
- Layihənin gedişatını və performansını davamlı olaraq izləmək;
- Layihənin sponsorlarına və maraqlı tərəflərə müntəzəm status hesabatlarını hazırlamaq və çatdırmaq;
- Müvəffəqiyyətləri, çətinlikləri və təkmilləşdirilməli sahələri müəyyən etmək üçün layihədən sonra nəzərdən keçirmək;
- Səhiyyə sahəsindəki layihələrin strateji istiqamətlərini müəyyən etmək üçün maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
- Təşkilatın missiyası və məqsədlərinə uyğun gələn layihələr üçün vizyon və uzunmüddətli hədəflər hazırlamaq;
- Səhiyyə layihələri ilə bağlı potensial riskləri müəyyən etmək və onları azaltmaq üçün strategiyalar hazırlamaq;
- Gözlənilməz problemləri həll etmək üçün fövqəladə hallar planları hazırlamaq;
- İnkişaf etməkdə olan texnologiyalar və səhiyyə innovasiyalarından xəbərdar olmaq.
Əlavə qeydlər:
- • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- • İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV [email protected] ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Layihələrin idarəolunması şöbəsi – Aparıcı / Böyük məsləhətçi” qeyd olunmalıdır;
- CV-lər 30 sentyabr, 2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |