9 C
Baku
Friday, December 13, 2024

Böyük mühasib – İnvestel Group

0
Böyük mühasib – İnvestel Group
25.08.2023

Öhdəliklər:

  • Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
  • Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
  • Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
  • Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
  • İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Tələblər:

  • Təhsil: Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • İş təcrübəsi: Böyük mühasib kimi satış sahəsində,istehsalat,kənd təsərrüfat sahəsində  ən azı 3 il iş təcrübəsi;
  • Yaş : 30-45
  • MS Office,  BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
  • Günəş və 1C 8.3 versiyalarını mükəmməl bilənlərə üstünlük verilir.
  • Məsuliyyətli və işində dəqiq;[email protected]
  • Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
  • Qanunvericiliyi bilməlidir və daimi izləməlidir

Əmək haqqı razılaşma yolu ilə müsahibə əsasında təyin olunacaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə “Böyük  mühasib”yazaraq göndərilməsi xahiş olunur. tələblərə cavab verən namizədlər  müsahibəyə dəvət olunacaq. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib