10 C
Baku
Thursday, November 14, 2024

Brendinq və Sosial Media üzrə Mütəxəssis – Holcim

0
Brendinq və Sosial Media üzrə Mütəxəssis – Holcim
Bakı
18.10.2023

Şöbə: Kommersiya

İş vaxtı: Tam iş vaxtı

Vəzifələr:

  • Ona təhkim olunmuş  ticarət markasının (brendin)  texnoloji və psixoloji xüsusiyyətlərini öyrənməli, itehlakçının məhsula olan tələbatını marketinq araşdırmaları əsasında təhlil etməlidir;
  • Ticarət markasının (brendin)  mövcud və potensial bazarını təhlil etməli,  onun istehlakçı seqmentlərini, satış və marketinq strategiyasını  müəyyənləşdirməlidir;
  • Ticarət markasının (brendin)  inkişaf strategiyasını işləməli və illik inkişaf  planı hazırlamalıdır;
  • Komanda ilə birgə ticarət markasının (brendin) çeşidləri  üzrə qiymət siyasətini işləyib hazırlamalı, məhsulun optimal satışı üçün münasib şərtlərin yaradılmasını təmin etməlidir;
  • Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, LinkedIn, Google Plus, Youtube və s.) ilə işləmək;
  • Gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
  • Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontenti (mətn, foto və video) hazırlamaq və ya seçmək;
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
  • Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
  • Məktəbin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək;
  • Bütün SMM kanallarına nəzarət etmək;
  • İctimai tədbirlərin, PR aksiyaların təşkil olunmasında köməklik göstərmək;
  • Açılış mərasimlərinin təşkil olunmasında dəstək olmaq;
  • Hesabatları hazırlamaq.

Tələb olunan keyfiyyətlər:

Təhsil və İş təcrübəsi:

  • Ali təhsil
  • İş təcrübəsi: oxşar vəzifədə 3 ildən artıq iş təcrübəsi
  • Komöüter bacarığı: MS Office bacarığı
  • Xarici dillər: Azərbaycan-səlist, Rus və ya İngilis dili sərbəst.

Bilik və bacarıqlar:

  • Təhlil etmə bacarıqları; Strateji düşünmə;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
  • Sosial mediada maksimal “interaction” əldə etmək üçün foto və ya video seçmək bacarığı;
  • Eyni vaxtda bir neçə layihəni məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
  • Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti;
  • Windows, iOS əməliyyat sistemlərində, dizayn proqramı (arzuolunandır) və əlavələrində işləmək bacarığı;
  • Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator)

Müraciət proseduru:

Maraqlanan namizədlər CV və icra olunmuş layihələrin toplusunu ( məsələn, brendlər,kampaniyalar,vizual və ya oxşar) mövzu hissəsinə Brendinq və Sosial Media üzrə Mütəxəssis yazmaqla e-mail ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və bərabər imkanlar veriləcək

Bütün müraciətlər təqdim edildikdən sonra nəzərdən keçiriləcək. Şirkət uyğun namizəd müəyyən edilən kimi vakansiyanı doldurmaq hüququnu özündə saxlayır. Ərizələrin yoxlanılması, nəzərdən keçirilməsi və təqdim edildikdən sonra müsahibələr aparılacaq. Şirkət müvafiq namizəd müəyyən edilən kimi vəzifəni doldurmaq və vakansiyanı bağlamaq hüququ özündə saxlayır.

Ərizələrin son qəbul tarixi: Noyabr 18, 2022 

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər