Büdcə Hesabatlılıq üzrə mütəxəssis – MKT İstehsalat Kommersiya MMC

    Bakı
    Posted 2 months ago

    MKT-İK MMC (Pambıq müəsissəsi) Büdcə Hesabatlılıq üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

    Vəzifə funksiyaları

    • Şirkətin illik maliyyə və büdcə planlarının, balans, mənfəət və zərər, nəğd pulun hərərkəti proqnozlarının hazırlanması;
    • Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının və kordinasiyasının təmin edilməsi;
    • Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, fərqlər barədə hesbatın hazırlanması
    • Əməliyyat xərcləri ilə bağlı sənədlərin Büdcə nəzarəti prosedurlarına uyğun olaraq günlük yoxlanılması və təsdiqi;
    • Aylıq, rüblük və illik maliyyə hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;
    • Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərin verilməsi;
    • Maliyyə hesabatlarının analitik təhlilinin aylıq şəkildə həyata keçirilməsi;
    • Müəyyən müddət ərzində maliyyə əməliyyatlarının qeydiyyatına nəzarət edir;
    • Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarlarının qəbul edilməsi prosesini dəstəkləmək;
    • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
    • Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.

    Tələblər

    • İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
    • İstehsalat və ya audit şirkətində əlaqədar sahə ilə bağlı minimum 2-3 illik iş təcrübəsi.
    • Tapşırıqları zamanında həll edə bilmək;
    • Gərgin rejimdə işləmə bacarığı;
    • Müstəqil və Komanda şəklində işləmə bacarığı;
    • Güclü analitika və problem həll-etmə bacarığı;
    • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
    • Dəqiqlik və yeni qəbul edilmiş informasiyanın tez zamanda emal edə bilmək bacarığı.
    • ACCA F;2;3;7 sertifikasiyasına malik namizədlərə üstünlük veriləcəkdir;
    • 1C proqram biliyi;

    İş qrafiki: 5 günlük, 09:30-18:30

    Müraciət qaydaları: CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Büdcə Hesabatlılıq üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.