29 C
Baku
Thursday, July 25, 2024

Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis – Mars Overseas Baku

0
Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis – Mars Overseas Baku
Bakı
28.02.2023

Vakansiyanın təsviri

  • Qrupdaxili şirkətlər üçün aylıq maliyyə hesabatlarının hazırlanması və şirkətlər üçün Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (“BMHS”) uyğun illik maliyyə hesabatlarının hazırlanmasında birbaşa iştirak edilməsi;
  • Qrupdaxili uçot siyasəti tələblərinə və Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hesabat prosedurlarının həyata keçirilməsi;
  • Maliyyə nəticələrinin izahı, maliyyə göstəricilərinə əsasən meyllərin müəyyən edilməsi və təkmilləşdirmə üçün tövsiyələr daxil olmaqla maliyyə təhlilinin aparılması;
  • Qrupdaxili şirkətlərin büdcələmə prosesinin təşkili və müvafiq olaraq illik büdcənin hazırlanması;
  • Büdcə nəzarəti üçün zəruri olan təhlillərin həyata keçirilməsi;
  • Aylıq olaraq fakt plan təhlili və müvafiq olaraq kənarlaşmalar üzrə yazılı hesabatların hazırlanması;
  • Şirkət rəhbərliyi üçün strateji məlumatların təhlili, tədqiqatı və modelləşdirilməsində iştirak edilməsi;
  • Təşkilata məxsus ERP-nin təkmilləşdirilməsi prosesində iştirak edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların (maliyyə təhlili, məlumatların toplanması və s.)
  • yerinə yetirilməsi.

Xüsusi tələblər

  • Maliyyə, mühasibatlıq sahələri üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan dili əla, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • MS Office proqramlarından sərbəst istifadə edə bilməli;
  • ACCA “F” səviyyələri üzrə kvalifikasiyaya malik olmalı;
  • Mühasibat uçotunun ümumi qəbul edilmiş prinsip və qaydaları, beynəlxalq maliyyə idarəçiliyi və iqtisadi prinsiplər haqqında nəzəri biliklər.
  • Fərdi keyfiyyət göstəriciləri: Fikrini açıq-aydın ifadə etmək və iş əlaqələrini inkişaf etdirmək bacarığı;
  • Mükəmməl iş mühakiməsi, analitik düşünmə və qərar qəbuletmə bacarığı;
  • Nizam-intizamlı, öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmək bacarığı;
  • Komandada işləmə və təqdimat bacarığı.
  • Üstünlük göstəriciləri:Böyük Dördlük audit şirkətlərində təcrübəyə sahib olan namizədlərə üstünlük veriləcəkdir.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasibatlıq və Maliyyə