Bakı
28.10.2024
Tələb olunan bilik və bacarıqlar:
- 1C 8.3 proqramı ilə işləmə bacarığı;
- Kompyuter bilikləri: excel üzrə biliklər;
- Sahə üzrə beynəlxalq sertifikat;
- Dil bilikləri- azərbaycan dili-əla; Rus və ingilis dilləri arzuolunandır.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
- İş təcrübəsi: müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Büdcə və investisiya planının hazırlanması üçün məlumatların yığılması, emalı və təhlili, büdcənin hazırlanmasında birbaşa iştirak;
- Hər bir hesabat dövrünün sonunda faktiki nəticələrlə büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabatlar hazırlamaq;
- Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatlar hazırlamaq.
- Strukturun əsasnaməsinə uyğun olaraq həvalə olunmuş digər tapşırıqların həyata keçirilməsi;
- Gəlir və xərclərin təhlili, gəlirlərin artırılması və xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrlə koordinasiyalı işin təşkili;
- Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarını dəqiqlik və dolğunluq baxımından təhlil etmək;
- İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək;
- Cəmiyyətin dövri hesabatlarını təhlil edərək nəticəni rəhbərliyə təqdim etmək.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri;
- İmtiyazlar: Tibbi sığorta;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Büdcə üzrə mütəxəssis) qeyd edərək, elektron poçt ünvanına göndərilməsi xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |