Bank “BTB” ASC Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi
İş barədə məlumat:
1. Bankın maliyyə hədəflərinin, balans, mənfəət və zərərlər, nağd pulun hərəkəti proqnozlarını hazırlayıb şöbə rəhbərinə təqdim edir;
2. Qəbul olunmuş maliyyə siyasətinə uyğun olaraq Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edir;
3. Məhsul və xidmətlər üzrə qiymətlərin müəyyən olunması, habelə qiymət siyasəti barədə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
4. Daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzlərinin yaradılması üzrə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
5. Büdcənin tərtibi və onun icrası;
6. Bankın rəhbərliyi tərəfindən proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilini aparır;
7. Bankın bütün struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır və bu barədə mütəmadi olaraq şöbə rəhbərini məlumatlandırır;
8. Şöbə rəhbərinin ona həvalə etdiyi digər işləri görür.
Namizədə tələblər:
– İqtisadi sahədə ali təhsil;
– Büdcə və planlaşdırma sahəsində ən azı 2 il təcrübə;
– Strateji planlaşdırma və xərclərin allokasiyası üzrə biznes və menecment prinsiplərinin yüksək səviyyədədə təhlil bacarıqları;
– Fərdi maliyyə modelləri və onun idarəedilməsi üzrə alətlərin tədbiqi bacarıqları
– MS Excel programı üzrə mükəmməl biliklər;
– Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
– İFRS üzrə əsas biliklər (ACCA imtahanlarından keçən namizədlərə üstünlük veriləcək);
– İngilis dili arzu olunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini(azərbaycan dilində) 31.08.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |