Araz Supermarketlər Şəbəkəsi Büdcələmə, maliyyə analizi və hesabatvermə şöbə müdiri vakansiyası üzrə işə qəbul elan edir!
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
– İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanmasına nəzarət etmək;
– Ay ərzində işlənmiş bütün xərc və gəlirlərin əvvəlki aylarla müqayisə edilməsinə və mühüm fərqlərin araşdırılmasına, uyğunsuz fərqlər aşkar edildikdə həlli üçün addımlar atılmasına nəzarət etmək;
– Müəssisənin maliyyə vəziyyətinin iqtisadi təhlil edilməsini təmin etmək;
– Optimizasiya məqsədilə hazırlanmış təhlillər əsasında təkliflər vermək;
– İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlanmasını təmin etmək;
– Maliyyə uçotunun təşkilini təmin etmək;
– Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
– Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək;
– Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasını təmin etmək;
– Maliyyə vəziyyəti haqqında məlumat və proqnozların hazırlanmasını təmin etmək;
– Analitik təhlili və optimal həll yollarının araşdırılması proseslərinin həyata keçirilməsini təmin etmək;
– Aparılmış təhlil nəticəsində hazırlanmış müvafiq sənədlərin rəhbərliyə təqdim edilməsini təmin etmək;
– Rəhbərlik tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək.
Tələblər:
– Ali təhsil;
– Minimum 1 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;
– Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı, baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarıqlarının olması;
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
– İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
– Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
– Yüksək səviyyədə MS Office proqramları biliyi;
– Xarici dil biliyi üstünlükdür.
Təminatlar:
– Servis xidməti;
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Büdcələmə, maliyyə analizi və hesabatvermə şöbə müdiri” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |