12 C
Baku
Friday, November 15, 2024

Çağrı mərkəzi operatoru – AzİnTelecom

0
Çağrı mərkəzi operatoru – AzİnTelecom
23.11.2021

Vakansiya: Çağrı mərkəzi operatoru

Departament: Kommersiya departamenti/ Müştərilərlə əlaqələr şöbəsi/ Çağrı Mərkəzi

Vəzifə öhdəlikləri:     

  • Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
  • Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
  • Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
  • Əlaqənin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
  • Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
  • Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı
  • Xoş səs tonuna malik olmalı;
  • Müştərilərlə ünsiyyət qurma bacarığı
  • Komanda ilə işləmə bacarığı
  • Məsuliyyətli, səbrli, stressə davamlı olmalı
  • Microsoft Office proqramları üzrə biliklər
  • Qeyd olunan vəzifə üzrə iş təcrübəsi
  • Azərbaycan dili və rus dilini – yüksək səviyyədə bilmək (ingilis dili biliyi üstünlükdür)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər