3 C
Baku
Monday, January 13, 2025

Çağrı Mərkəzi Operatoru (Müştərilərə Xidmət Şöbəsi) – Azərpoçt

0
Çağrı Mərkəzi Operatoru (Müştərilərə Xidmət Şöbəsi) – Azərpoçt
Bakı
10.01.2025

Vakansiyanın təsviri

  • Müştəri ilə əlaqə qurmaq:
  • Müştərilərin zənglərini vaxtında və nəzakətli şəkildə cavablandırmaq;
  • E-poçt, onlayn chat və sosial media üzərindən gələn sorğuları cavablandırmaq.
  • Məlumat təqdim etmək:
  • PostCargo xidmətləri, tarifləri və göndəriş prosesləri haqqında dəqiq və dolğun məlumat vermək;
  • Müştərilərə izləmə nömrəsi və göndəriş vəziyyəti ilə bağlı məlumat təmin etmək.
  • Şikayət və müraciətlərin idarə edilməsi:
  • Müştərilərdən gələn şikayətləri qəbul etmək və lazımi şöbələrə yönləndirmək;
  • Şikayətlərin həlli prosesini izləmək və müştərini nəticə ilə bağlı məlumatlandırmaq.
  • Sifarişlərin qəbul edilməsi və yönləndirilməsi:
  • Müştərilərin sifarişlərini qəbul etmək və sistemdə qeydiyyatdan keçirmək;
  • Sifarişlə bağlı əlavə məlumatları təsdiqləmək və müştəriyə bildirmək.
  • Müştəri məmnuniyyətinin artırılması:
  • Müştərilərə peşəkar və nəzakətli xidmət göstərərək müsbət təəssürat yaratmaq;
  • Müştərilərin problemlərini dinləmək və onların tələblərinə uyğun həll yolları təklif etmək.
  • Əlaqədar məlumatların qeydiyyatı:
  • Müştərilərlə olan bütün ünsiyyətlərin CRM sisteminə düzgün və dəqiq şəkildə daxil edilməsi;
  • Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Qaydaların və prosedurların izlənməsi:
  • Şirkətin siyasət və prosedurlarına uyğun olaraq fəaliyyət göstərmək;
  • Məxfi məlumatların qorunmasını təmin etmək.
  • Komanda ilə əməkdaşlıq:
  • Digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək və müştərilərin problemlərinin operativ həllinə dəstək olmaq;
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Marketinq və ya digər əlaqəli ixtisas üzrə); Texniki peşə təhsili (satış və ya müştəri xidmətləri sahəsində) üstünlükdür;
  • Əlaqə mərkəzi və ya müştəri xidmətləri sahəsində  ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (Rus dili və İngilis dili biliyi üstünlükdür);
  • MS Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək; (CRM sistemləri ilə iş təcrübəsi arzuolunandır)
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Müştəri yönümlü düşüncə və problemlərin həllində çeviklik;
  • Hədəflərə çatmağa yönəlmişlik və yüksək motivasiya;
  • Sürətli öyrənmə və dəyişikliklərə uyğunlaşma bacarığı;

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Çağrı mərkəzi operatoru” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. 

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı