Bakı
12.12.2022
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Çağrı mərkəzinin işini idarə etmək;
- Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını təmin etmək;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Çağrı Mərkəzinin şəxsi heyətinin təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi üçün müvafiq fəaliyyəti həyata keçirmək;
- Şikayətlərin idarə olunması prosesini qurmaq və inkişaf etdirmək;
- Dəyərləndirmə və monitorinq prosesini aparmaq və təkmilləşdirmək;
- Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatları hazırlamaq.
Nami̇zədə Dai̇r Tələblər:
- Çağrı mərkəzində azı 3 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və Rus dili, orta ingilis dili biliyi olması arzu olunandır
- MS Office proqramlarında sərbəst işləməli;
- Aydın və pozitiv ünsiyyət bacarığı;
- İdarəetmə bacarığının olması;
- Dürüst, punktual, diqqətli, ciddi olmalı;
- Kollektivdə işləmək qabiliyyətli olmalı.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Çağrı mərkəzi üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.
Email: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |