Call center – Kredit Evi QSC
“Kredit Evi” QSC – nin Bakı şəhərində yerləşən filialı üçün “Call center” vakansiyası elan edir.
İşçi üçün tələblər
- Yaş həddi: 21-30 yaş
- Cins: qadın
- Təhsil: natamam ali və ya orta ixtisas
- İş təcrübəsi: Arzu olunandı
- Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandı
- Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) əla səviyyədə bilməlidir.
Bacarıqlar:
- Ünsiyyətqurma və müştərilərlə işləmək bacarığı;
- Punktual;
- Yüksək söz ifadə bacarığı və inandırma bacarığına sahib;
- Təşkilatın müvafiq məhsullarının satışını, tanıtımını həyata keçirmək;
- Gülərüz;
- Sənədlərlə işləmə bacarığı olmalıdır.
İşin təsviri:
- Daxil olan telefon zənglərinə cavab vermək;
- Müştəriləri məhsul və xidmətlərlə bağlı konsultasiya etmək ;
- Call center-in mütəxəssisi təşkilata daxil olan zəngləri tam dinləməli və daxili etik qaydalara riayət etməli, verilən suallara dolğun cavab verməli;
- Daxil olan müraciətlərin tarixi,məqsədi,göndərildiyi ünvan, həmçinin icra üçün yönəldilən şöbənin, işçinin və s qeydiyyatı;
- Müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirmək;
- Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə;
- İş qrafiki: Həftə içi beş gün saat 09:00-dan 18:00-dək, şənbə günü saat 10:00 – dan 14:00 – dək. İstirahət günü: Bazar günü.
Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını (Call center) e-məktubunuzun mövzu hissəsində göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |