11 C
Baku
Cümə, Dekabr 3, 2021

Dəftərxana müdiri (Qazax şəhəri) – SOCAR

0
Dəftərxana müdiri (Qazax şəhəri) – SOCAR
Qazax
13.10.2021

Vəzifə haqqında məlumat
Vakansiyanın adı Dəftərxana müdiri (Qazax şəhəri)
Elanın bitmə tarixi 15.10.2021
Keçid kodu 06795/2021 EXT
Müəssisə, Təşkilat Qaz İxrac İdarəsi
Struktur vahidi Rəhbərlik yanında aparat
Ştat vəzifəsinin adı dəftərxana müdiri
Struktur vahidinin ünvanı Qazax şəhəri.
Şəhər/rayon Qazax şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 07
Əmək haqqı 604.00 azn/aylıq
Əlavə məlumat Hər iş günü üçün 3 manat yemək pulu ödənilir.
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
• Daxil olmuş və göndəriləcək korrespondensiyanın vaxtlı – vaxtında
emalını, onların yerlərə çatdırılmasını təmin etmək, müntəzəm olaraq
sənədlərin icra müddətlərinə və düzgün rəsmiləşdirilməsinə nəzarət etmək.
• Sənədli materialların qəbulunun, o cümlədən sahə rəhbərliyinin
sərəncam və əmrlərini, onların qeydiyyat hesabının aparılmasını və müvafiq
struktur bölmələrə verilməsini, cari kargüzarlığın materiallarının
mühafizəsini, işlərin formalaşmasını və dövlət mühafizəsinə təhvil
verilməsini təşkil etmək.
• Xidmət və bölmələrdə kargüzarlığın aparılması üçün təlimat və iş
nomenklaturasını tərtib etmək.
• Kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün təkliflərin işlənib
hazırlanması, onun tətbiqinin təşkil edilməsi, kargüzarlıq xidməti işçilərini
zəruri təlimat və arayış materialları, eləcə də inventar, avadanlıq, idarəetmə
işlərinin təşkili və mexanikləşdirmə vasitələri ilə təmin edilməsi üçün
tədbirlər görmək.
• Sənədlərin icra müddətinə riayət edilməsi barədə arayışları
hazırlamaq.
• Xidməti sənədlərin çap olunmasını və çoxaldılmasını təmin etmək.
• Ezamiyyət sənədlərinin rəsmiləşdirmək və xidməti ezamiyyətə
gedən işçilərin qeydiyyatını aparmaq.
• Sənədlərin məxfiliyinin qorunmasını təmin etmək.
• Fəhlə heyəti arasında iş bölgüsünün aparılmasını təmin etmək və
onlara nəzarət etmək.
• Fəhlələri aidiyyəti işlər üzrə yönləndirmək və təlimatlandırmaq.
• Fəhlə heyətinin əmək şəraitinə nəzarət etmək.
• Fəhlə heyətinin əmək fəaliyyəti zamanı əməyin mühafizəsi və
texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına
riayət etmələrinə nəzarət etmək.
• Rəhbərliyin çağırdığı müşavirələrin hazırlanmasında və onlara
texniki xidmətin təşkil olunmasında iştirak etmək.
• Müşavirənin keçiriləcək vaxtı və gündəliyi haqqında iştirakçıları
xəbərdar etmək, onların qeydiyyatını aparmaq.
Vəzifə öhdəlikləri (funksiyalar)
• Sahə rəhbərliyinin telefon danışıqlarının təşkil etmək,
telefonoqramları qəbul etmək, göndərmək, rəhbərlik olmadığı vaxtda alınan
xəbərləri qeyd etmək və alınmış məlumatların məzmununu ona çatdırmaq.
• Sahə rəhbərliyinin iş yerini dəftərxana ləvazimatları və texniki
təşkilatı vasitələrlə təmin etmək, onun səmərəli işləməsinə şərait yaratmaq.
• İnzibati sahənin əsas vəsaitlərinin (bina, su təchizatı, ventilyasiya
sistemi və s.) və təsərrüfat avadanlığının qorunmasını, onların bərpa və
yeniləri ilə əvəz olunmasını, eləcə də inzibati binanın yerləşdiyi ərazidə
təmizliyə riayət olunmasını təmin etmək.
• Otaqların vəziyyətinə nəzarət edilməsi və vaxtında təmir işlərinin
aparılması üçün tədbirlər görmək.
• İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və
inventarlarla təmin etmək.
• Təsərrüfat ehtiyacları üçün ayrılmış material və vəsaitlərin səmərəli
istifadəsinə nəzarət etmək.
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.
• Əmək fəaliyyəti zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik
üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət etmək.
Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Orta-ixtisas təhsili Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir
Orta-ixtisas təhsili / Müvafiq sahə
üzrə
3 İl / Müvafiq sahə üzrə
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Dürüstlük
Etik davranış
Səlahiyyətvermə
İşçiləri inkişaf etdirmə
Məsuliyyət
Nizam-intizam
Peşəkarlıq
Planlama və təşkiletmə
Problem analiz etmə
Qrup liderliyi
Şifahi özünüifadə
Stresin idarə edilməsi
İşi təqib etmə
Yazılı özünüifadə
Səriştəlik və digər tələblər
Microsoft Excel
Microsoft Word
Microsoft Outlook

Bilməlidir
• Neft Sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemini.
• Sənəd dövriyyəsini.
• Sənədlərin arxivləşdirilməsini.
• Fəaliiyəti tənzimləyən normativ sənədləri.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər
X