24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Dəstək xidmətləri üzrə baş mütəxəssis – Ziraat Bank Azərbaycan ASC

0
Dəstək xidmətləri üzrə baş mütəxəssis – Ziraat Bank Azərbaycan ASC
Bakı
13.09.2021

“Ziraat Bank Azərbaycan” ASC Dəstək xidmətləri üzrə baş mütəxəssis vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə 6 ildən artıq iş təcrübəsi;
• Kompüter bilikləri (MS Office, Internet);
• Mükəmməl səviyyədə türk dili bilikləri.

Əsas vəzifələr:

• Bankın ehtiyyac duyduğu mal və xidmətlərə dair ehtiyac planının hazırlanmasına nəzarət etmək;
• Xarici ve daxili bütün satınalmaların həyata keçirilməsinə nəzarət etmək;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal qiymətləndirilməsi;
• Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsində təşkilati və texniki yardım göstərilməsi;
• Bankın təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı lazımı işlərin görülməsinə nəzarət etmək;
• Fövqəladə hallar planlarını tərtib etmək və bu məsələdə digər strukturlarla əlaqəli çalışmaq;
• Banka məxsus əmlakların mobil və daimi telefon xətləri sisteminin müqavilə, satınalma, nəzarət və s. işlərinin həyata keçirilməsi;
• Əlaqədar strukturlarla koordinasiyalı şəkildə reklam işi və xidmətlərinin hazırlanması, canlı tutulmasının təmin edilməsi;
• Baş ofis binasının inventarlarının yoxlanılması və inventarizasiyanın aparılması;
• Təşkilatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi;
• Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin edilməsi;
• Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparılması;
• Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reyestrinin aparılmasını, davamlı olaraq monitorinq olunmasının təmin edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 30-na qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Dəstək xidmətləri” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X