03.12.2019
Vakansiya haqqında məlumat:
Azər Türk Bank yeni yaradılmış Rəqəmsal Transformasiya Mərkəzinin – Data Science komandasına Data Analitikləri dəvət edir.
Namizədə olan tələblər
- Ali təhsil
- Səlis Azərbaycan dili, Rus və İngilis dili biliyi arzuolunandır
- Sahə üzrə 1-3 il iş təcrübəsi
- Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər
- SQL dilini yüksək səviyyədə bilmək (analitik funksiyalarla işləmə bacarığı)
- Analitik tool-larla işləmə bacarığı
- Yüksək səviyyədə MS Excel biliyi
- Datanın proqnozlaşdırma və ssenari modelləşdirmələri üçün hazır hala gətirilməsi üçün mürəkkəb analitik proqramlar, Machine Learning (avtomatik öyrənmə) və statistik metodlarla işləmək bacarığı
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq(matplotlib, seaborn, ggplot).
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi
Vəzifə öhdəlikləri
- Skorinq sisteminin optimallaşdırılması, məlumatların analizi və məlumatlara uyğun yeni modellərin təklif olunması
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi.
CV-lərinzi vakansiyanın adını (Data Analitik) qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | İT |