15 C
Baku
Friday, November 15, 2024

Data analitik – Təhsildə Keyfiyyət Təminatı Agentliyi

0
Data analitik – Təhsildə Keyfiyyət Təminatı Agentliyi
Bakı
08.02.2021

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Data analitik” vakansiyası elan edir.

Ümumi

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyası, keyfiyyət təminatı mədəniyyətinin formalaşması, təhsilin təşkili və inkişafında maraqlı tərəflərə müvafiq məlumatlandırma və təlimatlandırmanın təmin edilməsi, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafına dair metodiki dəstəyin göstərilməsi, onların fəaliyyətinin analitik təhlili və tövsiyələrin hazırlanması və təhsil fəaliyyətinin lisenziyalaşdırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılaraq mövcud prosesin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Vəzifə

Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq struktur bölməsinin əsasnaməsinə uyğun olaraq təhsil müəssisələrinin fəaliyyətinin monitorinqinin və analitik təhlilinin effektiv şəkildə təşkil edilməsi prosesində iştirak olacaqdır.

Məsuliyyət

1. Təhsil müəssisələrinin fəaliyyətinin monitorinqinin və analitik təhlilinin effektiv şəkildə təşkil edilməsi və proseslərə nəzarət edilməsi istiqamətində işlərin icra edilməsi;
2. Təhsil müəssisələrinin fəaliyyətinə dair məlumatların toplanılmasını və onların təhlili üçün yararlı hala gətirilməsinin həyata keçirilməsi;
3. Təhsil müəssisələrinin elektron portal vasitəsilə illik olaraq təqdim etdikləri məlumatların təhlil edilməsi, nəticələr əsasında vizual hesabatların hazırlanması;
4. Təhlil nəticələri əsasında gələcək dövrlər üçün təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı proqnozların verilməsi;
5. Keyfiyyət təminatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında şöbənin fəaliyyət istiqamətinə uyğun, yerli kontekst nəzərə alınaraq müvafiq təkliflərin verilməsi.;
6. Akkreditasiya prosesinin yekununda təhsil müəssisələrinə verilmiş tövsiyələrin icrası ilə bağlı müvafiq təhlillərin aparılması, bununla bağlı hesabatların hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
7. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətlərin həyata keçirilməsi.

Tələblər

• Ali təhsil (aidiyyəti sahə üzrə təhsil arzuolunandır);
• Təhsil sahəsində təcrübə və analitik təhlil sahəsi üzrə 2-3 il iş təcrübəsi;
• Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklərin olması;
• Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
• Texniki ingilis dili biliyinin olması, (rus dili arzuolunandır);
• MS Excel biliklərinin yüksək səviyyədə olması (“Python” və ya “R” proqramlaşdırma dilləri üzrə biliklər arzuolunandır).
• Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
• Monitorinq və qiymətləndirmə bacarığı;
• Təşkilatçılıq bacarığı;

Üstünlüklər

1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
3. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 02.03.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Data analitik” qeyd etməklə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaİT