10 C
Baku
Thursday, December 12, 2024

Database Administrator – MilliKart LLC

0
Database Administrator – MilliKart LLC
Bakı
13.04.2021

“MilliKart” MMC DATABASE ADMİNİSTRATOR vəzifəsinə işçi qəbulunu elan edir.

Tələblər:

• Ali təhsil (texniki sahədə təhsil arzu olunandır və ya Oracle administrasiyası üzrə sertifikat)
• 4 ildən artıq DBA Oracle üzrə iş təcrübəsi
• Məlumat bazalarının rezervasiya metodlarının quruluşunun layihələşdirilməsi və təşkili daxil olmaqla, məlumat bazalarının layihələşdirilməsi üzrə təcrübə
• Oracle 12c / 19c administrasiyası üzrə dərin biliklər
• UNIX/Linux OS bilikləri
• Azərbaycan və Rus dillərini sərbəst bilməli
• Texniki ingilis dili bilikləri (dokumentasiyaların oxunması)
• Komandada işləmək bacarığı
• Aktivlik
• Məsuliyyət
• Diqqətlilik
• Çalışqanlıq
• Öyrənmə qabiliyyəti

Vəzifə öhdəlikləri:

• ORACLE DBMS / ORACLE RAC quraşdırılması
• Məlumat bazasının yaradılması və müşayiəti
• Təhlükəsizliyin, məlumatların bütövlüyünün və imtinaya davamlılığın təmin edilməsi
• Ehtiyat surətinin çıxarılması və bərpası
• Məlumat bazasının layihələşdirilməsi və ehtiyatın təminatı
• DBMS istehsal qabiliyyətinin monitorinqi, optimallaşdırılması və tuninqi
• DWH (Data Warehouse) administrasiyası
• DWH (Data Warehouse) məlumat strukturunun dəyişdirilməsi
• Yenilənmənin vendordan qəbulu və test mühitində quraşdırılması
• Istehsal mühitində test yeniliklərinin quraşdırılması
• Istehsal mühitdə sınaqdan keçmiş scriptlərin (logs) quraşdırılması
• Müəyyən edilmiş qaydalara uyğun olaraq ehtiyat məlumat bazasının yaradılması prosesinin işə salınması və daşıyıcıda yazıların mövcudluğunun yoxlanılması
• Qoyulmuş tapşırıqların qeydiyyatının aparılması
• SQL-sorğularının, PLSQL-prosedurlarının məlumat bazasına təsdiqlənmiş sifariş əsasında yazılması

Əmək haqqı 2500-3500 azn

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT