Bakı
06.11.2025
Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Daxili audit vakansiyası elan edir.
• Biznes proseslər üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək;
• Yoxlanılan sahənin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunu qiymətləndirmək;
• Beynəlxalq audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
• Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
• Məsafədən və yerində auditlər aparmaq, məlumat bazalarının təhlilini həyata keçirmək;
• Audit müşahidəsi və tövsiyələrin icrası üzrə hesabat tərtib etmək;
• Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
Namizədə dair tələblər:
• İqtisadiyyat və ya hüquq sahələrində ali təhsil;
• Maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması;
• Mərkəzi Bankın qaydaları və digər əlaqəli qurumların BOKT fəaliyyəti ilə bağlı qanunvericiliyi bilmək;
• Proseslər üzrə riskləri, dələduzluq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
• Analitik düşünmə bacarığı;
• Komandada işləmə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Mükəmməl Azərbaycan dili biliyi;
• Microsoft Office proqramları ilə işləmə bacarığı.
• İş günləri: I-V günlər;
• İş saatı: 09:00-18:00.
Ünvan:
• Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Daxili Audit” qeyd etməklə göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
| Kateqoriya | Bank və BOKT işçisi |



