“Komtec LTD” MMC – Daxili Audit
Vəzifə öhdəlikləri:
• Şirkət üzrə audit planının hazırlanması barədə departament direktoruna təkliflər vermək,
• Audit planına uyğun olaraq, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin auditini aparmaq,
• Müəssisə daxili qəbul edilmiş prosedurların icra vəziyyətinin auditini aparmaq və hesabatlar hazırlamaq,
• Müəssisədə olan risklərin idarə edilməsi işini daima təhlil və təftiş etmək,
• Xərclərin səmərəliliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi işini təhlil və təftiş etmək,
• Auditin nəticələri,verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatları tərtib etmək və icrasına nəzarəti həyata keçirmək,
• Qeyri-səmərəlilik və işdə ləngimələr barədə müşahidələr aparmaq və departament direktoruna məlumat vermək,
Vəzifəyə olan tələblər
• Mühasibat uçotu, iqtisadiyyat və ya İT sahəsində ali təhsilin olması arzuolunandır,
• 1C proqramında işləmə bacarığı,
• Əməliyyat, Daxili nəzarət, Risk və Audit sahəsində 3 illik təcrübəyə malik olması,
• İT üzrə təcrübəsi olan arzuolunandır,
• Ünsiyyət qurmaq, komandada işləmək bacarığı,təşəbbüskarlıq, məsuliyyətlilik.
Tələblərə uyğun namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərməyi xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |