“Mətanət A” şirkəti Daxili Auditor vakansiyasını elan edir
İşin təsviri:
Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını, qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;
Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
Razılaşma yolu ilə.
Tələblər:
Təhsil: Ali
İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi olan;
Yaş həddi: 25-45 yaş;
Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
Şəxsi avtomobilin olması mütləqdir.
Şəxsi keyfiyyətləri:
İşə planlı yanaşma;
Yüksək ünsiyyət bacarığı;
Nitq mədəniyyəti;
Təmkinlilik, etibarlılıq, özünəinam;
Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.
Əlavə tələblər:
Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |