Bakı
14.10.2025
Vakansiyanın təsviri
- Şirkətlər qrupunun maliyyə əməliyyatları, hesabat dövriyyəsi və sənədləşmə axınlarının auditini həyata keçirmək;
- Mühasibat sənədlərinin, ödəniş tapşırıqlarının, müqavilələrin və təchizat sənədlərinin qanunvericiliyə və daxili prosedurlara uyğunluğunu yoxlamaq;
- Əməkdaşların maliyyə və sənədləşmə intizamına əməl etməsini qiymətləndirmək və riskli halları müəyyənləşdirmək;
- Satınalma, ödəniş, müqavilə və avans dövriyyəsi üzrə nəzarət mexanizmlərini təhlil etmək və təkmilləşdirmə təklifləri vermək;
- Audit nəticələri üzrə rəy və tövsiyələr hazırlamaq, rəhbərliyə hesabat təqdim etmək;
- Uyğunsuzluqlar aşkar edildikdə, Non-Conformance Report (NCR) və Corrective Action Plan (CAP) tərtib etmək və icrasını izləmək;
- Daxili nəzarət sisteminin inkişafı və risklərin azaldılması məqsədilə daxili audit siyasəti və prosedurların formalaşmasında iştirak etmək.
Xüsusi tələblər
- Maliyyə, Mühasibatlıq, Audit və ya İqtisadiyyat sahəsində ali təhsil;
- Audit, daxili nəzarət və ya maliyyə təhlili sahəsində minimum 3 illik iş təcrübəsi;
- Maliyyə və sənədləşmə axınlarını dərindən anlama bacarığı;
- Mühasibat uçotu və audit standartları (IFRS, ISA) üzrə biliklər;
- 1C, Excel və digər maliyyə proqramları ilə işləmək bacarığı;
- Güclü analitik düşüncə, detallara diqqət və konfidensial məlumatlarla işləmək bacarığı;
- Hesabatlılıq, obyektivlik və peşə etikası prinsiplərinə sadiqlik.
Üstünlük sayılacaq hallar:
- Tikinti və investisiya sektorunda audit təcrübəsinin olması;
- İSO 9001 / 37001 və ya daxili nəzarət sistemləri üzrə biliklər;
- ACCA, CIA və ya digər beynəlxalq sertifikatlara malik olmaq.
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |