10 C
Baku
Tuesday, November 29, 2022

Daxili Nəzarət Departamenti, Əməliyyatlara Nəzarət Şöbəsinin aparıcı mütəxəssisi \ baş mütəxəssisi – Rabitəbank

0
Daxili Nəzarət Departamenti, Əməliyyatlara Nəzarət Şöbəsinin aparıcı mütəxəssisi \ baş mütəxəssisi – Rabitəbank
Bakı
30.06.2021

“Rabitəbank” ASCDaxili Nəzarət Departamenti, Əməliyyatlara Nəzarət Şöbəsinə aparıcı mütəxəssis/ baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

 Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən Mərkəzi Bankın normativ aktlarının, habelə bankdaxili normativ sənədlərin tələblərinə riayət edir;
  • Kredit, plastik kart, hesab açma, köçürmə və hesablaşma əməliyyatları üzrə komissiyaların tutulub-tutulmadığına və düzgünlüyünə nəzarət edir;
  • Ödəniş sistemləri üzrə hesablaşmaların düzgün aparılmasına nəzarət edir;
  • Acılmış hüquqi və fiziki şəxs hesablarında  sistemə yüklənmiş müştəri sənədlərinin düzgünlüyünə nəzarət edir;
  • Əmanətlər üzrə faiz və əsas məbləğ ödənişlərinin düzgün aparılmasına nəzarət edir;
  • MŞ və İH protokolu əsasında qeyri-standart tarifin sistemə daxil edilməsini həyata keçirir;
  • Filial müştəriləri haqqında müvafiq idarə və təşkilatlardan (ədliyyə, vergi, prokurorluq, gömrük, DSMF və s.) daxil olan məktublara baxır və səlahiyyətləri daxilində cavab hazırlayır;
  • Filialdakı POS terminal hesabları ilə aparılan əməliyyatlara nəzarət edir;
  • Kartmane hesabalarının açılması, uzadılması prosedurlarının bankdaxili qaydalara uyğun aparılmasına və faizin düzgün hesablanmasına nəzarət edir;
  • Hər bir filialdan əldə olunan məlumatların doğruluğunu və reallığa uyğun olmasını yoxlayır;
  • Banka daxil olmuş sərəncamların qəbul olunması və vaxtında icrasına nəzarət edir;
  • Debitor və kreditor hesablarının qalıqlarını mütəmmadi yoxlayır.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Əməliyyat sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Microsoft Excel üzrə biliklər;
  • Analitik düşüncə;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Diqqətlilik, dəqiqlik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyətlara nəzarət şöbəsi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X