5.9 C
Baku
Tuesday, March 5, 2024

Daxili nəzarət mütəxəssisi – Veysəloğlu Şirkətlər Qrupu

0
Daxili nəzarət mütəxəssisi – Veysəloğlu Şirkətlər Qrupu
Bakı
25.06.2020

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Daxili nəzarət mütəxəssisi
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 2-3il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-35

İşin Təsviri:

Risklərin qiymətləndirilməsi, maliyə hesablarının dəqiqliyini, etibarlığını və mühasibat uçotu məlumatları sistemlə düzgün tətbiqini nəzarətdə saxlamaq.

Vəzifə öhdəlikləri:

– Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
– Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
– İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
– Baş vermiş dələduzluq hallarını aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək.

Tələblər:

– Dəqiq və məsuliyətli olmaq;
– Problemləri həll etmə bacarığı;
– Yüksək analitik təhlil qabiliyyəti;
– MS Office proqramları biliyi;
– Komandada işləmək bacarığı;
– İngilis və rus dillərini bilmək arzuolunandır;
– Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclər ilə qarşılanır;
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Daxili nəzarət mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər