7 C
Baku
Thursday, December 12, 2024

Daxili nəzarət işçisi – Kredit Evi

0
Daxili nəzarət işçisi – Kredit Evi
Bakı
16.09.2022

“Kredit Evi” QSC  “Daxili nəzarət işçisi” vakansiyası elan edir.

Tələblər:

  • Yaş həddi: 22-35 yaş;
  • Cinsi: Kişi;
  • Ali təhsil (riyaziyyat,iqtisadiyyat və maliyyə  üzrə arzu olunandır);
  • Dil bilikləri:Azərbaycan dilini yaxşı səviyyədə,Rus dili biliyi arzu olunandır;
  • Komputer bilikləri: Word və Excel yaxşı səviyyədə.
  • İş təcrübəsi: 1 ildən yuxarı (Bank,BOKT və lombard fəaliyyəti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik.

Vəzifə öhdəlikləri

  • Kredit və digər cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn gündəlik nəzarət fəaliyyətinin həyata keçirilməsi;
  • Günlük, həftəlik, aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
  •  Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi,
  •  Təşkilatın filiallarında həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi.

Bizim sizə təklifimiz:

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Gələcək karyeranızın qurulması üçün geniş şərait;

 Əgər peşəkar “Kredit  Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərsiz.

 E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Daxili nəzarət işçisi”). 

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki,  yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər