Daxili nəzarət üzrə mütəxəssis – “İnternational” BOKT

0
Daxili nəzarət üzrə mütəxəssis – “İnternational” BOKT
02.04.2026

Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Daxili nəzarət və risklərin idarə edilməsi şöbəsində Daxili nəzarət üzrə mütəxəssis vakansiyası elan edir. Şirkətdə kredit əməliyyatlarının izlənməsi, riskli və şübhəli halların vaxtında aşkar olunması və ümumi nəzarət proseslərinin dəstəklənməsi əsas məqsəddir.

Əsas vəzifə və öhdəliklər
– Kredit portfeli üzrə gündəlik monitorinqlərin aparılması
– Şübhəli və riskli əməliyyatların ilkin təhlili
– Məlumatların toplanması və hesabatların hazırlanması
– Şübhəli hallarla bağlı ilkin araşdırmalarda iştirak
– Kredit sənədlərinin yoxlanmasına dəstək
– Müştəri və əməkdaşlardan məlumatların toplanması
– Araşdırma prosesində rəhbərliyə dəstək göstərilməsi
– Yoxlama və nəzarət proseslərində iştirak
– Mövcud nəzarət mexanizmlərinin izlənməsi
– Təkmilləşdirmə ilə bağlı təkliflərin verilməsi

Namizədə dair tələblər
– Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahədə ali və ya orta ixtisas təhsili
– Kredit sahəsində iş təcrübəsi mütləqdir
– Daxili nəzarət və kredit monitorinqi sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir
– Ofis proqramlarında işləmək bacarığı (Excel əsas səviyyədə)
– Analitik düşüncə və məsuliyyətlilik
– Azərbaycan dili
– Ezamiyyətlərə hazır olmaq

Şəxsi keyfiyyətlər
– Diqqətli və məsuliyyətli olmaq
– Komandada işləmək bacarığı
– Öyrənməyə açıq olmaq
– Dürüstlük və konfidensiallığa riayət

Təklif olunur
Əmək haqqı: 800 – 1000 AZN (başlanğıc)
– Peşəkar inkişaf və təlim imkanı
– Stabil iş mühiti

İş şəraiti
İş günləri: I–V günlər
İş saatı: 09:00 – 18:00
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A Allians Plaza

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinivakansiya@icu.az   elektron ünvanına Subject/Mövzu hissəsində ” Daxili nəzarət üzrəmütəxəssis ” qeyd etməklə göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi