Daxili Nəzarət üzrə Mütəxəssis
Azərbaycanın ən böyük Korporativ bankı PAŞA Bank komandasına qoşulmaq üçün Daxili Nəzarət üzrə Mütəxəssis axtarır.
Vəzifənin məqsədi
Bankın reputasiyasına müsbət təsir etmək; korrupsiya, firildaqçılıq və bazar istismarı ilə bağlı hər növ iştirakdan qorumaq; komplayns sahəsində müvafiq qanunvericiliyə, qaydalara uyğun olmasına nəzarət etməyə (cəmiyyətdə korrupsiyaya qarşı mübarizə, bazar davranışı, maraqların toqquşması, müştərilərə ədalətli davranmaq və s. daxil olmaqla) məsuliyyət daşıyır.
Vəzifə öhdəlikləri
• Bankın sədri tərəfindən təsdiq edilmiş monitorinq planına əsasən, əməliyyatların gündəlik monitorinqi;
• Kiçik mütəxəssislər tərəfindən təqdim edilən monitorinq nəticələrin yoxlanılması
• Biznes proseslərin düzgün icra olunmasının yerində yoxlanması (kənar yoxlama);
• Gündəlik əməliyyatların monitorinqi (səlahiyyətləri çərçivəsində)
• Bankda aşkar edilmiş şübhəli əməliyyatlar üzrə müvafiq tədbirlər barədə tövsiyələrin hazırlanması
• Reputasiya riskinin monitorinqi, potensial reputasiya riskləri sahələrinin müəyyən edilməsi və hesabatların hazırlanması
• Bank əməkdaşlarına komplayns məsələləri üzrə müvafiq məlumatların verilməsi
• Müəyyən edilmiş komplayns insidentləri barədə şöbə müdirinə hesabatların verilməsi;
• Bank əməkdaşlarının Davranış Məcəlləsinə, qanunlara, mərkəzi bankın qaydalarına, bankın siyasətinə və proseduralara uyğunluğuna nəzarət;
• Müştərilərin əməliyyatların qanunvericiliyinə uyğun olmasına nəzarətin həyata keçirilməsinə dəstək (kömək);
• Reputasiya risklərinin azaldılmasına dəstək
Tələb olunan bilik, bacarıq və təcrübə
• Təhsil: İqtisadiyyat sahəsində (və ya uyğun digər sahə) ali təhsil (bakalavr)
• Tələb olunan iş təcrübəsi: Audit, Daxili Nəzarət, Risk və ya digər uyğun sahələrdə 2-4il
• Xarici dillər: İngilis (sərbəst)
• Kompüter bilikləri: Microsoft Office
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Daxili Nəzarət üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |