24 C
Baku
Thursday, April 24, 2025

Daxili sistemlərinin təminatı şöbəsi – Mütəxəssis – Azərbaycan Respublikasının Mərkəzi Bankı

0
Daxili sistemlərinin təminatı şöbəsi – Mütəxəssis – Azərbaycan Respublikasının Mərkəzi Bankı
Bakı
04.04.2025

ƏSAS VƏZİFƏ  FUNKSİYALARI:

  • Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir;
  • İnformasiya sistemlərinin test rejimində sınaqdan keçirilməsində və istismara verilməsində iştirak edir;
  • İnformasiya sistemlərinin inzibatçılığını təmin edir;
  • İnformasiya sistemləri arasında əlaqə interfeyslərinin yaradılmasında iştirak edir;
  • İnformasiya sistemlərinin fəaliyyəti ilə bağlı insidentlərin idarə olunmasını həyata keçirir;
  • İnformasiya sistemlərinin fasiləsiz fəaliyətinin təmin edilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzlərində fövqəladə hallarda əməliyyatların davamlılığı və fəaliyyətin bərpası prosedurlarını həyata keçirir;
  • Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

TƏLƏB  OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:

  • Layihələrin idarə edilməsi üzrə biliklər və təcrübə
  • İnsidentlərin texniki izahi
  • RedHat Linux və Windows Server əməliyyat sistemləri üzrə biliklər
  • Lokal və qlobal şəbəkə üzrə praktiki biliklər
  • Təqdimat və yazı bacarığı
  • İT idarəetmə standartları üzrə biliklər
  • Ünsiyyət qurma və kollektivlə işləmə
  • Analitik təhlil etmə
  • Təşəbbüskarlıq
  • Planlaşdırma
  • Stressə davamlılıq
  • Vaxtın idarə edilməsi

DİGƏR:

  • Dil bilikləri – Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı
  • Təcrübə – Müvafiq sahədə minimum 1 il iş təcrübəsi tələb olunur
  • Təhsil – Ali təhsil (İnformasiya Texnologiyaları, Riyaziyyat) tələb edilir
  • Kompüter bacarıqları – MS Office proqramları üzrə biliklər yüksək səviyyədə tələb edilir

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi