31 C
Baku
Wednesday, July 24, 2024

Daxili Təhqiqat və Nəzarət üzrə Mütəxəssis – PASHA Bank

0
Daxili Təhqiqat və Nəzarət üzrə Mütəxəssis – PASHA Bank
Bakı
03.03.2023

İşiniz nədən ibarətdir?

  • Daxili təhqiqatların aparılması, daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
  • Dələduzluq və fırıldaqçılıq faktlarının/risklərinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin həyata keçirilməsi, aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarətin təmin edilməsi üzrə tövsiyələrin verilməsi;
  • Dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətinin yoxlanılması, zəruri hallarda təhqiqatların aparması və hesabatın tərtib edilməsi;
  • Daxili təhqiqat prosesləri zamanı Bankın digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Dələduzluq və fırıldaqçılıqla mübarizə ilə bağlı kompleks tədbir və metodların hazırlanması;
  • Aşkar olunmuş dələduzluq məlumatlarının toplanılması, onların analitikasını aparmaq və risk səviyyəsinin azaldılması üçün müvafiq təkliflərin verilməsi;
  • Bankdaxili nəzarət funksiyaları tərəfindən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər planının vaxtında icrasına nəzarət;
  • Yüksək riskli proseslərin nəzarət mexanizmləri üzrə sınaqların aparılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: iqtisadiyyat sahəsində və ya uyğun digər sahə üzrə ali təhsil (bakalavr).
  • Təcrübə: 3-5 il bank təcrübəsi.
  • Xarici dil: ingilis dili biliyi (səlis).
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları.
  • Məhsul üzrə biliklər: bank məhsulları barədə məlumatlı olmaq
  • Digər: banklarda daxili nəzarət və komplayns, risk, daxili audit, maliyyə və xəzinədarlıq əməliyyatlarına nəzarət üzrə iş təcrübəsi.
  • Lisenziya / sertifikat: CFE, CİA və ya digər sertifikatın olması arzu ediləndir

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi