“AVRORA” MMC “Debitor borcları üzrə Maliyyə Analitiki” vakansiyanı açıq elan edir.
Vəzifələr:
– Debitor borclarının izlənməsi və analizi;
– Şübhəli Debitor borclarının müəyyən edilməsi;
– Aging hesabatlarının hazırlanması;
– Endirimlərin yoxlanılması və təhlili;
– İşçi heyətinin qısa müddətli debitor borcları hesablarının yoxlanılması və problemlərin müəyyən edilməsi;
– Malsatanların büdcə hesablarının yoxlanılması və təhlili;
– Debitor borcları ilə bağlı bütün əməliyyatlara nəzarət edilməsi.
Tələblər:
– Ali iqtisadi təhsil;
– İlkin Logo biliyi və Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər;
– Mühasibatlıq və yaxud maliyyə sahəsində təcrübə;
– Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
– MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzu olunandır) istifadə etmək bacarığı;
– Yüksək qavrama və öyrənmə qabiliyyəti;
– Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
– Problemləri həll etmə bacarığı;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İş Şərtləri:
– Həftədə 5 iş günü;
– İş saatları: 09:00-18:00;
– Tibbi Sığorta ilə təminat.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Debitor borcları üzrə Maliyyə Analitiki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |