34 C
Baku
Friday, July 12, 2024

Debitorlar üzrə Şöbə Müdiri – Veysəloğlu MMC

0
Debitorlar üzrə Şöbə Müdiri – Veysəloğlu MMC
Bakı
01.03.2023

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək .

İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)

Təhsil: Ali  iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili

Vəzifə öhdəlikləri:

  • Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
  • Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
  • Debitor borcların üzləşmələrinin aparılmasına nəzarət və rəhbərliyə dövri hesabatların təqdim edilməsi;
  • Müştərilərə vergi hesab fakturaların zamanında göndərilməsinin təmin edilməsi;
  • Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
  • Anbarda faktura nəzarəti komandasının işinə nəzarət və təkmilləşdirilməsinə dəstək vermək;
  • Debitor borcların müqavilə şərtlərinə uyğun zamanında ödənilməsinə nəzarət və iri müştərilər ilə müzakirələrin aparılması;
  • SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
  • Komanda üzvləri ilə bilik və təcrübənin paylaşıması və onların peşəkar inkişafına dəstək olmaq;
  • Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
  • Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.

Tələblər:

  • MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
  • Rus və inglis dili bilikləri üstünlükdür
  • Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
  • Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
  • Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
  • SAP proqramında işləmək bacarığı üstünlükdür.
  • ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
  • Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Debitorlar üzrə Şöbə müdiri” yazaraq ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər