Dövlət İmtahan Mərkəzində (DİM) Maliyyə şöbəsi baş mühasib vəzifəsi üzrə vakansiya elan edib.
Müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar:
– Mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsi, hesablama texnikasının geniş tətbiq olunması, mühasibat uçotunun forma və metodlarının tətbiq edilməsi;
– Əmlakın, habelə digər aktivlərin və öhdəliklərin uçotunun vaxtında və düzgün aparılmasının, hesabatın düzgün və vaxtında tərtib edilməsinin, maliyyə nəticələrinin uçotunun vaxtında lazımi instansiyalara təqdim edilməsinin təmin edilməsi;
– Hər ay və hesabat ilinin sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşdirmə aktlarının yığılmasına nəzarət;
– Maliyyə (IFRS), Statistika, DSMF, vergi, və s. hesabatların düzgün hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsi;
– Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və istifadəsində olan bütün xidməti məlumatları məzmununun məxfiliyinin qorunması;
– Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması;
– Tabeliyində olan iki əməkdaşın işinə rəhbərlik edilməsi;
– İmtahan və tədbirlərin rentabelliyinin hesablanması üçün xərc və gəlir mərkəzləri üzrə təfsilatlı uçot aparılması, xərc və gəlir topluların formalaşdırılması və tədbirlərə bölüşdürülməsi;
– Mühasibat dövrünün bağlanılması, Vergi və Maliyyə uçot növləri üzrə tam dövriyyə-saldo cədvəllərinin aparılması;
– Vergi planlanması və optimizasiyası;
– Avtomatlaşmış uçot sistemlərinin tətbiqi və təkmilləşdirilməsi;
– Mərkəzin Daxili auditi, Maliyyə hesabatlarının kənar auditi, və digər kənar maliyyə yoxlamalarının məlumat tələblərinin operativ və keyfiyyətli yerinə yetirilməsi.
Tələblər:
– Ali təhsil;
– Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı;
– MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və maliyyə hesabatlarını yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından hesabatları formalaşdırmaqla istifadə təcrübəsi;
– Beynəlxalq standartlara görə maliyyə hesabatlarını yığmaq bacarığı və bu sahədə tanınan peşəkar sertifikasiya;
– Vergi qanunvericiliyi biliyi və mənfəət vergisi bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.
Xarici dil biliklərinə dair tələblər: İngilis, Rus.
İş şəraiti:
– Tabeçiliyi – Maliyyə direktoruna
– Full-time, yeni inzibati binada
– Əmək haqqı, aylıq gross 2500-3700 (xalis 2000-3000) manat aralığında
– Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla
– Həyat yığım sığortasından istifadə imkanı
Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını noyabrın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları, Mühasib, Mühasibatlıq və Maliyyə |