İşin təsviri
Hal-hazırda Sumqayıt və Zirə İstixana komplekslərinə “Direktor” tələb olunur.
Vakansiya haqqında:
İş yeri: Zirə qəsəbəsi, İstixana Kompleksi
İş yeri: Abşeron rayonu, Pirəkəşkül kəndi, İstixana Kompleksi
İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Vəzifə öhdəlikləri:
- “Müəssisənin texniki avadanlıqları barədə anlayış;
- Müəssisənin cari fəaliyyətinə rəhbərlik etmək;
- Müəssisənin işini, habelə onun işçiləri arasında daimi qarşılıqlı əlaqələri təşkil etmək;
- Müəssisənin fəaliyyətinin cari, gələcək plan və proqramlarının tərtibatını təmin etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
- Müəyyən olunmuş müddətlərdə Sahibkara hesabatlar vermək;
- Müəssisənin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
- Müəssisənin ticarət sirrinin saxlanılmasına riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və vəzifə səlahiyyətlərinə uyğun olaraq ticarət sirrinin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Müəssisə direktoru qüvvədə olan qanunvericiliyə müvafiq surətdə xidməti ezamiyyətlərə göndərilə bilər;
- Müəssisə işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək.
- Müəssisənin maliyyə fəaliyyətinin hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil edilməsinə dəstək olmaq;
- İstixana kompleksinin bölmələri arasında iş bölgüsünü,tapşırıqların icra müddətlərini müəyyən etmək və icrasına ümumi nəzarəti həyata keçirmək;
- İstixana Kompleksində keçirilən tədbirlərin təşkili, keçirilməsi prosesinə rəhbərlik etmək;
- Xarici və yerli qonaqları şirkətin fəaliyyəti ilə tanış edə bilmək, istixananın ümumi fəaliyyəti barədə məlumat vermək;
- İstixana bölmələri arasında təchizatla bağlı gündəlik ehtiyacların müəyyən edilməsi, alışının təmin edilməsi;
Tələblər:
- Ali təhsil ( İqtisadi,idarəetmə sahəsində ali təhsilə üstünlük verilir)
- Minimum 3 il istehsal sahəsi üzrə rəhbər təcrübəsi.
- Rus dili və ingilis dili
Bacarıq və səriştələr:
- Komandaya rəhbərlik etmək;
- Məsuliyyətlilik.
- Operativlik
Təminatlar: Nəqliyyat və nahar ilə təmin edilir.
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Direktor (Zirə)” və ya “Direktor (Sumqayıt)” qeyd etməyi unutmayın. [email protected]