10 C
Baku
Thursday, December 12, 2024

Direktor Müavini – Grow Group Azerbaijan

0
Direktor Müavini – Grow Group Azerbaijan
Bakı
04.11.2023

Yerləşmə yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin struktur bölmələrinin daxilində tapşırıqların həmən bölmənin tabeçiliyində olan əməkdaşlar tərəfindən düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Şirkətin fəaliyyətinin effektiv planlaşdırılması;
  • Şirkətdə sənəd dövriyyəsinin müvafiq icrasına nəzarət;
  • Əməliyyat səmərəliliyini artırmaq, mövcud qaydaları və standartları təkmilləşdirmək, tələb olunan qaydada uyğunluğa və icraya nəzarət etmək üçün siyasət və qaydaların tətbiq edilməsi;
  • Şirkətin departamentlərin fəaliyyətinin əlaqələndirilməsi, onların qarşılıqlı fəaliyyətinin təmin edilməsi;
  • Direktorun sərəncam və əmrlərini bütün işçilərin nəzərinə çatdırılmasını və onların icrasını təmin edir;
  • Direktor olmadığı halda yaxud onun tapşırığı ilə sifarişçilərlə, podratçılarla, köməkçi podratçılarla, ehtimal olunan tərəf müqabilləri və digər təşkilatlarla danışıq aparır;
  • Müəssisənin işində mövcud olan çatışmazlıq barədə və onların ardan qaldırılması üçün görülən tədbirlər barədə Şirkətin direktoruna məlumat verir;
  • Müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması;
  • Tabeçiliyində olan işçilərdən müəssisədaxili nizam – intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar gigiyena qaydalarına riayət edilməsini tələb edir.
  • Maddi və maliyyə vəsaitinin məqsədəuyğun və səmərəli istifadəsini,  məsrəfin azaldılmasını, dövriyyə vəsaitinin tədavülünü təmin edərək şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir;
  • Maliyyə-təsərrüfat müqavilələrinin vaxtlı bağlanması üçün tədbir görür və müqavilə şərtlərinin yerinə yetirilməsini təmin edir;
  • Maliyyə vəsaitinin qənaətinə və maddi vəsaitin kompleks şəkildə istifadəsi, xammalın işlənmə normalaşmasının, material, dövriyyə vəsaitinin və maddi sərvətlər ehtiyatının təkmilləşdirməsi üçün; iqtisadi göstəricilərin və şirkətin fəaliyyəti üzrə iqtisadi göstəricilər sisteminin formalaşmasının təkmilləşməsi üçün; istehsalın səmərəsini yüksəltmək üçün; maliyyə intizamının möhkəmlənməsi üçün; maddi və əmtəə sərvət ehtiyatının normadan artıq əmələ gəlməsini və onların ləğv edilməsinin, maddi ehtiyatın artıq məsrəfinin qarşısını almaq üçün tədbirlərinin işlənib hazırlanmasına rəhbərlik edir;
  • Maliyyə və digər sənədlərin, hesablamaların və planın icrası ilə əlaqədar hesabatın vaxtlı-vaxtında tərtib olunmasını təmin edir;

Tələblər:

  • Ali təhsili, MBA;
  • Analoji vəzifədə minimum 5 il iş stajı;
  • MS Office proqramını yaxşı bilmək;
  • Azərbaycan, rus dillərini sərbəst bilmək (Ingilis dili arzu olunandır);
  • Yüksək təşkilatçılıq bacarıqları, layihə və komanda idarəetmə bacarıqları;
  • Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü;
  • Məlumatların və performans göstəricilərinin təhlili bacarıqları;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları.

Şərtlər:

  • İş qrafiki 9:00 – 18:00, BE-C;
  • Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
  • Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
  • Peşəkar iş mühiti;

Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.

CV – lər 5 Dekabr 2023-cü il tarixinədək qəbul edilir.

Fotoşəkilli CV formasını mövzu hissəsində “Direktorun müavini” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.

Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.