10 C
Baku
Sunday, April 14, 2024

Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektoru (Cəlilabad ərazi şöbəsi) – İqtisadiyyat Nazirliyi

0
Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektoru (Cəlilabad ərazi şöbəsi) – İqtisadiyyat Nazirliyi
Cəlilabad
07.09.2023

Vakansiyanın təsviri

  • Müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının idarə edilməsi və onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, dövlət əmlakı barəsində sərəncam verilməsi, dövlət əmlakının və onun barəsində bağlanılan əqdlərin qeydiyyatının aparılması sahəsində Xidmətin funksiyalarının icrası məqsədilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak edir
  • Müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına, dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edilməsində iştirak edir
  • Müvafiq ərazi daxilində yerləşən daşınmaz dövlət əmlakının icarəyə verilməsi barədə təkliflər verilməsi, icarə müqavilələrinin şərtlərinə riayət olunmasına, icarəyə verilmiş əmlakdan səmərəli və təyinatına uyğun istifadə edilməsinə nəzarət edilməsində iştirak edir
  • Müvafiq ərazi daxilində yerləşən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi istiqamətində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak edir
  • Müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının inventarlaşdırılması və qiymətləndirilməsinin təşkilində iştirak edir, müvafiq sənədlərin və məlumatların Xidmətə təqdim edilməsini təmin edir
  • Müvafiq ərazi daxilində yerləşən özəlləşdiriləcək dövlət müəssisələrinin özəlləşdirməyə hazırlanması, sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstəklənməsi istiqamətində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak edir
  • Sektora daxil olan məktub və müraciətlərə baxır və cavabları hazırlayır
  •  Xidmətin müvafiq əmrləri ilə təsdiq edilmiş qaydaların (“İşgüzar geyim qaydaları”, “İş vaxtının rejimi Qaydaları” və s.) tələblərinə riayət edir
  • Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyi və sektor müdirinin tapşırıqlarını yerinə yetirir

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 – cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: texniki və texnoloji ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, coğrafiya müəllimliyi, coğrafiya, geologiya , ekologiya, politologiya, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq, torpaqşünaslıq və aqrokimya , aqronomluq, yer quruluşu, torpaq və şəhər kadastrı, beynəlxalq münasibətlər, regionşünaslıq (regionlar üzrə), riyaziyyat müəllimliyi, riyaziyyat, aqromühəndislik ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları