Təhsil müəssisəslərinin və təhsil proqramlarının akkreditasiya qiymətləndirilməsi məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentiliyi tərəfindən ekspert bank yaradılır.
Ekspert bankına aşağıdakı şəxslər müraciət edə bilərlər:
• yerli və xarici təhsil mütəxəssisləri;
• elmi müəssisələrdən nümayəndələr;
• təhsilalanlar;
• işəgötürənlər;
Namizədlər aşağıdakı meyarlar əsasında seçilir:
• ali təhsilli olmalı;
• yerli və beynəlxalq akkreditasiya prosesi haqqında məlumatlı olmalı;
• ali və ya orta ixtisas təhsili sahəsində minimum 3 (üç) il iş təcrübəsi
• olmalı;
• qiymətləndirmədə verilən məlumatları analiz etmək və fikir bildirmək qabiliyyəti olmalı;
• ünsiyyət qurmaq, dinləmək və müşahidə etmək qabiliyyəti olmalı;
Agentliyin formalaşdırdığı ekspert bankına daxil olan seçilmiş ekspertlərə keyfiyyət təminatı proseslərində qiymətləndirici qismində iştirak etmək üçün müvafiq təlimlər təşkil olunacaq və təlimlərdə yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə etmiş namizədlər komissiyaya üzv seçilə bilərlər.
Komissiya ödənişli əsaslarla fəaliyyət göstərəcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər aşağıda qeyd olunan linkə daxail olub, məlumatları doldurmaqla müraciət edə bilərlər.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeYc1Cgh9OlGip8SaCPKoa3qNDHAA7pym4B4Fa9M3C7aroGZA/viewform
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |