Ekvayrinq Şəbəkəsinin Dəstəyi və İnkişafı Şöbəsində Mütəxəssis – “Rabitəbank” ASC

    0

    Posted 2 həftə ago

    Rabitəbank” ASC-nin Kart Biznesi Departamentinin Ekvayrinq Şəbəkəsinin Dəstəyi və İnkişafı Şöbəsində Mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

    Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Vəzifə öhdəlikləri:

    • Pos terminalların, embosserin və printerin işlək vəziyyətdə olmasına nəzarət etmək;
    • Plastik kart pəstahlarının çap olunması;
    • Yeni ticarət müəssisələrinin və partnyorların banka cəlb edilməsi üzrə işlərin təşkil edilməsi və aparılması;
    • Embosser və pos terminallara aid Beynəlxalq Ödəniş sistemlərinin yeniliklərinin və tələblərini daim izləmək;
    • Pos terminal müqavilələrinin və MRF-lərin hazırlanması;
    • Yeni ticarət müəssisələrində pos terminalların quraşdırılması.

    Vəzifəyə olan tələblər:

    • Ali təhsil;
    • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
    • Yüksək ünsiyyətqurma qabiliyyəti və komanda tərkibində işləmə bacarığı;
    • İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
    • Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq.

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

    Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ekvayrinq-Mütəxəssis” göstərməyiniz xahiş olunur. 

    Əlaqə vasitələri:

    E-mail: career@rabitabank.com 

    Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online