Bakı
18.09.2024
İşin təsviri
Vəzifə öhdəlikləri:
- Rəhbərliyin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
- Rəhbərliyin əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinin, işçilərin son haqq-hesabının və s. hesablamalarının həyata keçirilməsi və ödəniş cədvəllərinə işlənilərək ödənişə hazır vəziyyətə gətirilməsi və internet banka yüklənməsi;
- DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
- Rüblər üzrə Vahid bəyannamənin hazırlanıb Vergi orqanına göndərilməsi;
- İşçilərin əmək haqqı ilə bağlı bütün suallarının vaxtında cavablandırılması;
- Daxili nizam intizam qaydalarına və Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına ciddi riayət etməli;
- Baş mühasibin verdiyi şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsilli
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
İş şərtləri:
- İşçi illik iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə, gündə 7 saat, həftədə 40 saatdan çox olmayaraq işləyir.
- İş saat 09.00-da başlayır, saat 17.00-da bitir.
- Nahar fasiləsi saat 13.00-dan 14.00-dəkdir:
- İstirahət günləri hər həftənin şənbə və bazar günləridir.
- Əmək haqqı: 1000 AZN
- İş yeri Şıxov ərazisində yerləşir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Əmək haqqı mühasibi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |